Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com
banner
banner
banner
banner

GYF Ehtiyac Sahibi Ailələrin Qurban Paylarını Ünvanlarına Çatdırdı

Dövlət tərəfindən builki Qurban Bayramı kəsimləri ilə əlaqədar olaraq müəyyən edilmiş karantin günlərinin bütün şərtlərinə, o cümlədən maska, məsafə və təmizlik qaydalarına ciddi şəkildə riayət edilərək Gəncliyə Yardım Fondu tərəfindən…
Davamını oxu...

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və…
Davamını oxu...

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet…
Davamını oxu...

GYF-dən Növbəti Xeyirxah Addım

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti karantin dövrünün tələblərinə ciddi riayət etmək şərti ilə   Bakı şəhəri, Yasamal rayonunda  yaşayan yerimə əngəlli  Bağırov Ramazanı yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları ehtiyac sahibi…
Davamını oxu...

Təhsil Fəaliyyətləri

GYF-də İş Axtarmaq bir işdir adlı konfrans keçirilib

23.05.16 13:30 ərzində olan dəyişikliklər Yazan Administrator 23.05.16 13:17

‎21.05.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin ‎təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” ‎layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə İnsan resursları üzrə tanınmış mütəxəssis ‎Namiq Məmmədov gəldi. “İş Axtarmaq bir işdir” Mövzusunda konfrans verən qonağımız ilk ‎öncə gənclərimizə öz həyat hekayəsindən mövzu ilə əlaqədar başına gələnlərdən danışdı.‎

Davamını oxu...

 

GYF-də Mədəniyyətimizdə Xeyriyyəçilik adlı tədbir keçirildi

16.05.16 10:47 ərzində olan dəyişikliklər Yazan Administrator 14.05.16 17:56

altGəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə 14.05.2016-ci il tarixində “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə Türkiyə Cumhuriyyəti “Aziz Mahmud Hüdayi” vəqfindən Loğman Helvacı və Şuayb Başhan gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin rəhbəri İbrahim Erol qonaqlar haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında qonaqlarımıza məlumat verdi.

Davamını oxu...

 
 

Prof. Dr. Osman Aydınlı : "İslam dünyasından qərb dünyasına olan “beyin köçü” və bunun nəticəsində..."

03.05.16 17:02 ərzində olan dəyişikliklər Yazan Administrator 03.05.16 16:27

16.04.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə Prof. Dr. Osman Aydınlı gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin rəhbəri İbrahim Erol Prof. Dr. Osman Aydınlı haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Prof. Dr. Osman Aydınlıya məlumat verdi.

Davamını oxu...

 
 

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Türkiyədədir...

24.03.16 01:22 ərzində olan dəyişikliklər Yazan Administrator 24.03.16 01:06

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsinin ikinci hissəsinə start verilib.

Layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə səfər edən gənclər öz səfərlərinə Ankaradan başlayıblar.

Layihə iştirakçıları əvvəlcə T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsini (YTB) ziyarət ediblər. Tələbələri Komitənin  Mədəniyyət və Sosial Əlaqələr üzrə Şöbə müdiri Murat Gürbüz  qarşılayıb. M.Gürbüz  tələbə gənclərə təmsil etdiyi komitənin fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətləri haqqında məlumat verib. 

Davamını oxu...

 
 

‎“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı ‎

06.11.15 15:49 ərzində olan dəyişikliklər Yazan Administrator 06.11.15 14:37

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım”mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Vitse prezidenti Salman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi  Döyüşçülər” Fondunun Prezidenti Sərraf Oruc, şagirdlər və valideyinlər iştirak ediblər.

Davamını oxu...

 
 

Yay Düşərgəsinin İştirakçılarına Diplomlar Təqdim Edildi

Yazan Administrator 22.06.15 12:28

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə İyun ayının 8-dən başlayan iki həftəlik yay düşərgəsinin iştirakçılarına diplomlarla təqdim edilib.

Yay düşərgəsində 25 nəfər 12-14 yaş qrupundan olan oğlan uşaqları iştirak edib. Badamdar qəsəbəsində təşkil edilən düşərgədə iştirakçılara hər gün 4 saat bir-birindən maraqlı dərs proqramı və 3 dəfə bir-birindən ləziz yeməklər verilib. Eyni zamanda düşərgə iştirakçıları 5 gün İsmayıllı rayonuna da səfər ediblər. Orada üzgüçülük hovuzu və futbol meydançasında istirahətlərini davam etdiriblər. İştirakçılar İsmayıllı rayonunun gəzməli və görməli yerlərində də olublar. Düşərgənin başğlanış mərasimində uşaqların velideynləri və Gəncliyə Yardım Fondunun məsul nümayəndələri iştirak edib. Bağlanış tədbirində iştirak edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim uşaqların gələcək fəaillyətlərində uğurlar arzulayıb. Valideynlər də öz növbələrində düşərgədəki tədris əsnasında uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirən təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Davamını oxu...

 
 

Səhifə 11 > 16-dəan