“Şəhidlər” Kitabının Müəllifi Rafiq Səməndər GYF-nin Qonağı Olub

Çap

07.01.20 10:51 ərzində olan dəyişikliklər Yazan Administrator 26.12.19 00:00

20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi yazıçı-ssenarist Rafiq Səməndər Gəncliyə Yardım Fondunun qonağı olub. Fond rəhbərliyi ilə görüşən müəllif 30 il öncə Azərbaycan xalqının başına gətirilən müsibətdən söz açıb və dövrün həqiqətlərini ortaya qoyan kitabın necə ərsəyə gəlməsindən danışıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tanınmış yazıçının “Şəhidlər” kitabının bu günkü gənclər üçün də qiymətli əsər olduğunu qeyd edib. 

Fond rəhbərliyi onu da qeyd edib ki, 20 Yanvar hadisəsinin 30 illiyi ilə əlaqədar olaraq görüləck işlər içərisində məhz “Şəhidlər” kitabının da yenidən Gəncliyə Yardım Fondu tərəfindən nəşr edilərək gənclərə paylanmasını nəzərdə tutulur.

Share