Sosial Fəaliyyətlər 2017 Gürcüstanlı Tələbələr GYF-nin Qonağı olub

2017 Gürcüstanlı Tələbələr GYF-nin Qonağı olub

2

14.04.2017-ci il tarixində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GYMD) dəstəyi ilə Gürcüstanın müxtəlif universitetinin tələbələri Azərbaycanda səfərdə olub. Səfər zamanı Gəncliyə Yardım Fondunda olan tələbələr burada idarə heyəti ilə görüş keçirib və müxtəlif seminarlarda iştirak ediblər. Bundan əlavə qonaqlar şəhərimizin görməli və tarixi məkanlarını yaxından tanış olub, o cümlədən Milli Elmlər Akademiyasının kitabxanasında  görüşlər keçirib və şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Şəki, Zaqatala və Qəbələ bölgələrində səfərdə olan qonaqlar Azərbaycandan yaxşı təəssüratlara ayrıldıqlarını qeyd edib və təşkilatçılara öz minnətdarlığını bildiriblər.

Qeyd edək ki, 15 nəfərdən ibarət olan qonaq tələbələr, Gürcüstanın İlya Cavcavadze, İvana Cavaxaşvili, Gürcüstan Dövlət Tibb universiteti, Gürcüstan Dövlət Texniki Universitetinin təhsil alırlar.