Sosial Fəaliyyətlər Türkiyə Güləş Federasiyasının Başqanı GYF-də

Türkiyə Güləş Federasiyasının Başqanı GYF-də

4

Bu gün IV İslam Həmrəyliyi Oyunları Münasibəti ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Güləş Federasiya başqanı Musa Aydın Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaq fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri və gənclərin intelektual, idman və sosial sahələrdəki inkişafına dəstək proqramları ilə yaxından tanış olub.

Fond rəhbərliyi ilə görüşü əsnasında Musa Aydın Azərbaycandan görülən işlərdən, xüsusi ilə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasından və qonaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Çay süfrəsi ətrafında davam edən görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.