Sosial Fəaliyyətlər Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

4

27 may 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter və muhasibatlıq kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev tədbirdə iştirak edən bütün qonaqları salamladı və müəllim əməyinin əhəmiyyətinin qiymətsiz olduğunu vurğulayaraq Fondun gənclər üçün həyata keçirdiyi uğurlu fəaliyyətlərindən danışıb.

Tədbirdə çıxış edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev kursu müvəffəqiyyətlə bitirən tələbələrə gələcək həyatlarında uğurlar arzulaylb.

Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirib.