Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

4

20.06.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və tezlkilə işğal altında olan Qarabağ torpaqlarında iftar süfrələrinin açılmasını Uca Allahdan təmənni edib.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai Siyasi Əlaqələr şöbəsinin məsul işçisi cənab Rasim Mirzəyev Gəncliyə Yardım Fondunun hər zaman şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, bu kimi fəaliyyətlərini davamlı olduğunu vurğulayaraq yüksək qiymətləndirdiyi bildirib. Daha sonra çıxış edən  Ehtiyatda olan Zabitlər Konfederasiyası sədrinin müavini ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev də qonaqlara qardaşlıq və yardımlaşma duyğularından danışaraq fond rəhbərliyinə belə iftar süfrələrini təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O həmçinin öz çıxışında Qarabağ torpaqlarında canlarını fəda etmiş igid, mərd övladlar yetişdiklərinə görə şəhid analarına təşəkkürünü bildirib. Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli çıxış edərək azad, demokratik bir respublikada yaşamağımızın tək səbəbinin məhz həmin şəhidlərin hesabına olduğunu qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov da öz növbəsində belə bir iftar süfrəsində şəhid ailələrini hər zaman diqqət mərkəzində saxladığına görə  fond rəhbərliyinə təşəkkürnü bildirib. Şəhid ailələri adından çıxış edən şəhid Abdulməcid Axundovun anası Ceyran xanım da şəhid ailələri adından öz minnətdarlığını bildirib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələrinə ərzaq paketləri paylanıb.