Sosial Fəaliyyətlər Rəhbərliyi Türkiyə Cumhuriyyəti Bakı Böyükelçisi cənab Erkan ‎Özoralla Görüşüb

Rəhbərliyi Türkiyə Cumhuriyyəti Bakı Böyükelçisi cənab Erkan ‎Özoralla Görüşüb

2

19.06.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim və fondun İctimai Əlaqələr şöbəsinin əməkdaşı Zəki Şahin Mübarək Ramazan ayı münasibətilə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Salahiyyətli səfiri cənab Erkan Özoralı ziyarət edib.

Görüş əsanasında cənab səfirə fondun Azərbaycanda uzun illərdən bəri uğurla həyata keçirdiyi humanitar, sosial və təhsil fəaliyyətləri ilə bağlı geniş məlumat verilib. Cənab səfir Erkan Özoral GYF rəhbərliyinə həyata keçirdikləri xeyriyyə fəaliyyətləri ilə bağlı öz  dəyərli tövsiyələrini verib və gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra cənab səfirə  Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə nəfis tərtibatda nəşr edilən tarixi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini özündə əks etdirən “Qardaş Köməyi”  kitabı və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə fond tərəfindən hazırlanan Milli qəhrəman Mübariz İbrahimov və Şəhid Ömer Halis Demirə həsr olunan qeyd dəftəri təqdim edilib.

Görüşün sonunda xatirə şəkili çəkilib.