Sosial Fəaliyyətlər Kərkük Kültür Dərnəyinin Sədri GYF-də Görüş Keçirib

Kərkük Kültür Dərnəyinin Sədri GYF-də Görüş Keçirib

1

23 sentyabr 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Kərkük Kültür Dərnəyi və Türkməneli Kültür Mərkəzinin təsisçisi və sədri Dr. Şəmsəddin Kuzəçi görüş keçirib. Görüşün əsas məqsədi İraqda yaşayan Kərkük türklərinin dünya türkləri ilə sıx əlaqələrinin qurulması və bu minvalla ədədi körpülərin salınmasına xidmət edib.

Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, Dr. Şəmsəddin Kuzəçinin bu xüsuda xeyli işlər gördüyündən söz açaraq onun fəaliyyətini yüksək qiymətləndirib. Gələcəkdə də bu kimi işlərin davamlı olaraq aparılması üçün qonağa uğurlar arzulayıb.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev Dr. Şəmsəddin Kuzəçi ilə uzun illər olan dostluğundan söz açıb. Natiq çıxışı zamanı Dr. Şəmsəddin Küzəcinin fəaliyyətini yüksək dəyərləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbrin sonunda Dr. Şəmsəddin Kuzəçi göstərdikləri yüksək qonaqpərvərliyə görə Gəncliyə Yardım Fondunu prezidenti Ahmet Tecimə öz minnətdarlığını bildirib və Türk dünyasına xidmətlərindən dolayı “Hizmet” mükafatı ilə təltif edib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də öz növbəsində qonağa xatirə hədiyyəsi olaraq “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  kitabını təqdim edib.