Sosial Fəaliyyətlər ‎“Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” Layihəsinin İştirakçıları ‎GYF-nın Qonağı Olub

‎“Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” Layihəsinin İştirakçıları ‎GYF-nın Qonağı Olub

1

05.10.2017-ci il tarixində Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyinin və Avcılar Mədəniyyət və İncəsənət mərkəzinin təşkilatşılığı ilə həyata keçirilən “Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” layihəsi əsasında Azərbaycanda olan bir qrup gənc Gəncliyə Yardım Fondunun qonağı olub.  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq fond haqqında qısa məlumat verib. İlk dəfə Azərbaycana gələn qonaqlar Azərbaycanın tarix diyarşünaslıq muzeylərini, tarixi abidələrini o cümlədən bölgələrdə olan türk şəhidliklərini ziyarət ediblər. “Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” layihəsi  əsasında bir həftəlik Azərbaycanda olan qonaqlar göstərilən qonaqpərvərliyi yüksək dəyərlədirib  və Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkürlərini bildirərək xatirə hədiyyəsi təqdim ediblər.

Çay süfrəsi ətrafında davam edən görüşün sonunda Gənciyə Yardım Fondunun prezidenti Ahmet Tecim gələn qonaqlara öz növbəsində xatirə hədiyyəsi olaraq “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  və o cümlədən Azərbaycanın tarixini və həqiqətlərini özündə əks etdirən “Qarabağ: suallar və faktlar” kitabı təqdim edib.