Sosial Fəaliyyətlər “Azərbaycan Respublikası-26 il” Adlı Tədbir Keçirilib

“Azərbaycan Respublikası-26 il” Adlı Tədbir Keçirilib

2

18 Oktyabr 2017-ci il tarixində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Qanunun qəbul edilməsinin 26 illiyinə həsr olunmuş tədbir həyata keçirilib.

Tədbirin rəsmi hissəsinə başlamamışdan əvvəl  AMEA Arxeologiya və Etnoqrafiya İnstitundan AHTM-ə hədiyyə verilmiş qədim dövrə aid eksponantların təqdimatı olub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək tədbir açıq elan edilib.

Azərbaycan Hərb Tarixi Muzeyinin  rəisi ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək müstəqillik illərində ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində  fəaliyyətindən danışıb.

Daha sonra müstəqillik gününə həsr olunmuş qısametrajlı film təqdim olunub. Tədbir qonaqların  çıxışları ilə  davam edib. Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.

Tədbirin sonunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin nəznində fəaliyyət göstərən “Mahnı və Rəqs Ansanblının” solistlərinin ifasında hərbi vətənpərvərlik  mahnıları səsləndirilib.