Sosial Fəaliyyətlər Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

Bayraq Günü Münasibəti İlə Ağdamda Görüş Keçirilib

2

06 noyabr 2017-ci il tarixində “Bayraq günü” münasibəti ilə Gəncliyə Yardım Fondunun dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində, Ağdam rayonu Quzanlı qəsəbəsi və Tərtər rayonunda tədbir həyata keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, yerli icra  və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin sonunda ehtiyyac sahibi əlli orta məktəb şagirdinə məktəbli dəsti paylanıb, üç nəfər ehtiyyac sahibinə isə əlil arabası təqdim edilib.