Sosial Fəaliyyətlər Uşaq Sığınacağında Bir Gün

Uşaq Sığınacağında Bir Gün

4

19.11.2016-cı il tarixində Gəncliyə Yradım Fondunun bir qrup könüllü gənci Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacaq evini ziyarət edib. Gənc könüllülərinin uşaq evini ziyarətdə məqsədi valideyn himayəsindən məhrum olan bu uşaqların cəmiyyətdə özlərini tək hiss etməsinin qarşısını almaq, onlara yardım etmək olub. Ziyarət zamanı uşaqlarla maraqlı oyunlar oynanılıb, söhbətlər edilib. Qaldıqları otaqlara baş çəkilib, gündəlik fəaliyyətləri ilə tanış olunub. “Ümid yeri” uşaq sığınacaq evinin rəhbərliyi ilə uşaqların fəaliyyətləri ilə bağlı söhbətlər olunub, müzakirələr aparılıb. Sonda gənc  könüllülər tərəfindən gətirilən hədiyyələr uşaqlara təqdim olunub.