Sosial Fəaliyyətlər Gələcəyin Üçün Oxu!” Layihəsi Davam Edir

Gələcəyin Üçün Oxu!” Layihəsi Davam Edir

1

Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin dəstəyi ilə “Gələcəyin üçün oxu!” layihəsi çərçivəsində Bakı Şəhəri Nizami küçəsində və Bakı metrosunda ilk kütləvi Kitab oxuma fləşmobları baş tutub. Fləşmoblar 10 və 17 dekabr tarixlərində təşkil olunub. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında kitab oxumanın təbliğidir.

Qeyd edək ki, “Gələcəyin üçün oxu” layihəsi çərçivəsində III Kitab Oxuma flashmobu üçün görüş yerini məkan olaraq İçərişəhər metrosunun qarşısı təyin edilib, fləşmob ilk olaraq metroda, sonra isə 28 Mall-da davam edəcək. Fləşmoba qatılmaq istəyənlərdən 24 dekabr saat 11:00-da İçərişəhər metrosunun qarşısında olmaları xahiş olunur.