Sosial Fəaliyyətlər Hərbi And Qəzetinin Kollektivi GYF-nun Qonağı Olub

Hərbi And Qəzetinin Kollektivi GYF-nun Qonağı Olub

3

28.12.2017-ci il tarixində Təxris Olunmuş Hərbiçilərin Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin və Hərbi And qəzetinin bir qrup əməkdaşı fəaliyyətlərinin 17 illiyi münasibətilə Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti və idarə heyəti ilə görüşən qonaqlara fondun fəaliyyəti haqqında məlumat verilib. 

Təxris Olunmuş Hərbiçilərin Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Sədri Emin Həsənli yüksək qonaqpərvərliyə görə Gəncliyə Yardım Fondunun prezidenti Cənab Ahmet Tecimə və bütün kollektivə dərin təşəkkürünü bildirib. Səmimi çay süfrəsi ətrafında davam edən görüşün sonunda Ahmet Tecim Emin Həsənliyə xatirə hədiyyəsi təqdim edib və xatirə şəkili çəkilib.