Sosial Fəaliyyətlər 2018 Azərbaycanda Gənclər Günü Qeyd Edilir

2018 Azərbaycanda Gənclər Günü Qeyd Edilir

1

2 fevral “Gənclər Günü” münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər və gənclər təşkilatlarının nümayəndələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edəki tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti və fondun əməkdaşları da iştirak edib.