Sosial Fəaliyyətlər Gənclər Günündə Gənclər Kitab Oxudu

Gənclər Günündə Gənclər Kitab Oxudu

1

2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tələbələr arasında üç günlük kitab oxuma düşərgəsi həyata keçirib. Burada tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxumaqla bərabər, sosial fəaliyyətlərdə və seminarlarda iştirak ediblər. Kitab oxuma düşərgəsində təxminən 70-ə yaxın Azərbaycanın müxtəlif universitetlərinin tələbələri iştirak edib. Proqramın yekun mərhələsi isə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutub. Tələbələr burada oxuduqları kitabları müzakirə edib və qazandıqları bilgiləri bir-birləri ilə paylaşıblar.

 Tələbələrlə görüşən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim onlara kitab oxumağın faydalarından və faydalı kitab oxuma texnikalarından danışıb. GYF-nin Təhsil üzrə Bakı Koordinatoru Rüfət Şirinov isə bu kimi gənclərimizin intellektual  inkişafına dəstək olan  ənənəvi kitab oxuma proqramlarının gələcəkdə də dava edəcəyini vurğulayıb.

Tədbirin sonunda kitab oxuma proqramında iştirak edən bütün tələbələrə təşəkkürnamələr təqdim edilib və xatirə şəkili çəkilib.