Sosial Fəaliyyətlər ‎“Necə Öyrənək, Necə Öyrədək” Seminarı Uğurla Başa Çatıb

‎“Necə Öyrənək, Necə Öyrədək” Seminarı Uğurla Başa Çatıb

5

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarı uğurla başa çatıb.

İGEDER İdarə heyətinin sədri Nuri Özkan və İcraçı katib Mehmed Esad Demircinin mühazirəçi olaraq qatıldığı  seminar,  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan təxminən yetmişə yaxın insanın iştirakı ilə baş tutub. Seminarda “Yaşlara Görə İnkişaf Xüsusiyyətləri”, “Təsirli Sinif İdarə Edilməsi”, “İnsan Tanıma Texnikaları”, “Təhsilin Təməl Xüsusiyyətləri”, “Təsirli Dərs Keçmə Texnikaları” başlıqları altında mövzulara yer verilib.

Seminarın sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim “İGEDER”-ə bu cür  seminarları təşkil etdiyinə görə təşəkkürünü bildirib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Cənablarının “Biz bir millət, iki dövlətik” devizini vurğulayan natiq, bu cür tədbirlərin Azərbaycan və Türkiyə arasındaki dostluq və qardaşlıq körpüsünün daha da qüvvətlənməsinə vəsilə olacağını bildirib.

Tədbirn sonunda qarşılıqlı hədiyyələr təqdim olunaraq xatirə şəkili çəkilib.