Sosial Fəaliyyətlər Millət Vəkili Tələbə Gənclərlə Görüşdü

Millət Vəkili Tələbə Gənclərlə Görüşdü

0

10.03.2018-ci il tarixində Türkiyəli Millət Vəkili Saadettin Aydın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan tələbələrlə görüşüb. Görüş zamanı tələbələrə maraqlı məlumatlar verən natiq, əsasən mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları və əsas oxumaq formaları haqqında söz açıb.

Diskussiya şəklində davam edən görüşün sonunda cənab Saadettin Aydın tələbələrə maraqlı olan sualları cavablandırıb. Görüşün sonunda Saadettin Aydına Gəncliyə Yardım fondunun xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, Saadettin Aydın Adalet ve Kalkınma (AK) Partisinin Ərzurum üzrə millət vəkilidir.