Sosial Fəaliyyətlər Qardaş Türkiyənin Millət Vəkilləri GYF-nin Qonağı Olub

Qardaş Türkiyənin Millət Vəkilləri GYF-nin Qonağı Olub

4

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM)  bir qrup millət vəkili Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondunun təhsil, insani yardım və sosial fəaliyyətləri haqqında  geniş məlumat verib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti Giresun millət vəkili Adem Tatlı, başçılıq etdiyi qurupun adından Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə yüksək qonaqpərvərliyə və xoş münasibətə görə dərin minnətdarlığını bildirib. Fondun fəaliyyətləri haqqında məlumatlı olduğunu bildirən Adem Tatlı gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qonaqlara Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi və “Keçmişdən Günümüzə Azərbaycan-Türkiyə Xeyriyyəçilik Əlaqələri-Qardaş Köməyi” adlı kitab təqdim olunub.