Sosial Fəaliyyətlər Azərbaycan və Türkiyə Qardaşlığına Həsr Olunmuş “Qəhrəmanlıq ‎Dastanımız” adlı Musiqili-bədii gecə keçirilib

Azərbaycan və Türkiyə Qardaşlığına Həsr Olunmuş “Qəhrəmanlıq ‎Dastanımız” adlı Musiqili-bədii gecə keçirilib

3

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrında “Qəhrəmanlıq Dastanımız” adı altında musiqili-bədii gecə keçirib.

Tədbir iştirakçıları “Qəhrəmanlıq Dastanımız” adlı rəsm sərgisi ilə tanış olublar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib. Tədbirin rəsmi hissəsində “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin sədri Emin Həsənli, Prezident Administrasiyası ictimai –siyasi şöbəsinin məsləhətçisi Mirzəyev Rasim, Millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu və Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, millət vəkili Şəmsəddin Hacıyev, Türkiyə Cumhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, Gəncliyə Yardım Fondunu prezidenti Ahmet Tecim, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edib və  rəsm sərgisinin qalibləri mükafatlandırılıb. Tədbirin bədii hissəsində Azərbaycandan olan sənətçi Novruz Novruzlu, Türkiyədən olan sənətçi Esat Kabaklı vətənpərvərlik mövzusunda musiqilər səsləndirib.

Məlumat üçün bildirək ki, QHT-lərdən ibarət “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.