Sosial Fəaliyyətlər Fərrux Tuzcuoğlu GYF-də Tələbələrlə ‎Görüşüb

Fərrux Tuzcuoğlu GYF-də Tələbələrlə ‎Görüşüb

1

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Fərrux Tuzcuoğlu Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının tələbələri ilə görüşüb. Görüş GYF-nin H.Z Tağıyev adına konferans salonunda baş tutub.

Konferansın əsas mövzusu Azərbaycan-Türkiyə arasında münasibətlər və enerji siyasəti ətrafında olub. Bu mövzularla əlaqəli şəkildə bu iki ölkənin xarici siyasətlərinə və enerji məsələlərinə toxunub. Bir saatdan çox davam edən çıxışında bu məsələləri gözdən keçirtdi.  Tədbirin sonunda qonaq tələbələrlə mövzunu müzakirə edib və onların suallarını cavablandırıb.

Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Rüfət Şirinov qonağa təşəkkürünü bildirib və qonaqla xatirə şəkli çəkilib.