Sosial Fəaliyyətlər GYF-nin Vitse-Prezidenti “Vətənpərvərlik İşində ‎Xidmətlərinə Görə” Medalı ilə Təltif Edilib

GYF-nin Vitse-Prezidenti “Vətənpərvərlik İşində ‎Xidmətlərinə Görə” Medalı ilə Təltif Edilib

1

26.06.2018-ci il tarixində Azərbaycan Milli Ordusunun ‎yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB-in ‎konfrans zalında tədbir keçirilib. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev, Azərbaycan ‎Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin şöbə rəisi Əjdər Babazadə, Azərbaycan Respublikası ‎Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ‎Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev KİV ‎nümayəndələri ictimai birliyin filial sədrləri və fəal üzvləri iştirak edib.‎

Tədbirdə çıxış edənlər torpaqlarımızın azad olunması uğrunda ‎canını, sağlamlığını itirmiş Vətən oğullarına qarşı maddi və mənəvi ‎qayğı hər zaman dövlət rəhbərimizin  diqqət mərkəzində olduğunu, ‎Azərbaycan Ordusu dünyanın ən güclü orduları sıralarında olduğunu ‎qeyd ediblər. Həm hərbi texnika, döyüş qabiliyyəti baxımından, həm ‎də mənəvi-psixoloji durum nöqteyi-nəzərincə Azərbaycan əsgəri ‎düşmənin bütün həmlələrini susdurmağa, torpaqlarımızı hərb yolu ilə ‎azad etməyə qadir olduğu vurğulanıb.‎

Tədbirin sonun da Gəncliə Yardım Fondunun vitse-prezidenti ‎Salman Əliyev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və ‎Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi  “Vətənpərvərlik işində ‎xidmətlərinə görə” medalı ilə təltif edilib.‎