Sosial Fəaliyyətlər Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

Xəzər Universitetində Qafqaz İslam Ordusuna Həsr ‎Olunmuş Tədbir Keçirilib ‎

3

Xəzər Universitetində Bakının işğaldan azad olunmasının 100 illik yubileyinə həsr olunmuş tədbir ‎keçirilib.‎

Bu gün Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  keçirilən tədbirdə Xəzər universitetinin rektoru, Türkiyə və ‎Azərbaycan elm adamları, Gəncliyə Yardım Fondunun nümayəndələri və həmçinin universitetin tələbələri ‎iştirak edib.‎

Tədbirdə Prof.Dr. Hamlet İsaxanlı, Dos.Dr Cihan Özdemir və Dr. Telman Nüsrətoğlu məruzə ilə çıxış ediblər. ‎Yurtdışı Türklər Birliyinin başqan müavini Sayit Yusuf də fəxri qonaqlar sırasında olub.‎

Məruzəçilər Bakının işğaldan azad edilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı siyasi və iqtisadi ‎həyatında, eləcə də müasir zamanda önəmini xüsusi qeyd ediblər.‎

Ümumiyyətlə, Qafqaz İslam Ordusunun bu qələbəsi bütün türk və islam aləmi üçün qazanılmış ən böyük ‎qələbələrdən biri kimi qiymətləndirilib.‎