Sosial Fəaliyyətlər YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

YTB-nin Sədr Müavini Sayit Yusuf GYF-nin Qonağı Olub

3

Bu gün Azərbaycanda işgüzar səfərdə olan Yurtdışı Türkler ve ‎Akraba Topluluklar Başkanlığının (YTB) sədr müavini Sayit Yusuf və ‎Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının Azərbaycan ‎üzrə koodinatoru Gürkan Polat Gəncliyə Yardım Fondunu ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

 Cənab Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) ‎sədr müavini Sayit Yusuf da öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Daha sonra Başkanlığının Azərbaycan üzrə koodinatoru Gürkan ‎Polat da öz növbəsində Gəncliyə Yardım Fondunun rəhbərliyinə ‎yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş rəsm ‎hədiyyə olunub.‎