Bakı Yunus Əmrə İnstitutu, Bakı TİKA Koordinatorluğu və ADA Universitetinin birgə təşəbbüsü ilə “Mədəni Diplomatiya Anlayışı və Türkiyənin Mədəni Diplomatiyasında TİKA ve Yunus Əmrə İnstutunun Rolları” adlı konferans keçirilib.
ADA Universitetində reallaşan paneldə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, KKTC Bakı nümayəndəsi Üfüq Turganer, ADA Universitetinin Rektor müavini Fariz İsmailzadə, Bakı Yunus Emre İnstitutunun Müdiri Doç. Dr. Cihan Özdemir, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, millət vəkilləri və akademiklər iştirak edib.
Paneldə Türkiyədən dəvət olunmuş Prof. Dr. Prof. Zeynep Karahan Uslu, Prof. Dr. Abdullah Özkan, Doç. Dr. Hasan Basri Yalçın və azərbaycanlı diplomatlar çıxış ediblər.