Sosial Fəaliyyətlər Bir Uşağın da Xəyalı Gerçək Oldu

Bir Uşağın da Xəyalı Gerçək Oldu

0

04.10.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakının Nəsimi rayonunda əlilliyi olan Məmmədov Samir Zaur  oğlunu ziyarət edib.

Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Məmmədov Samir Zaur oğluna əlil  arabası  təqdim edilib. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.

Ailə üzvləri də  öz növbəsində Gəncliyə Yardım Fondunun onlara gösstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.