Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fonduna Fəxri Fərman Təqdim Edildi

Gəncliyə Yardım Fonduna Fəxri Fərman Təqdim Edildi

6

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun vitse-prezitendi Salman Əliyev, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunların zabit və əsgər heyəti, sənət adamları və mətbuat nümayəndələri iştirak edib.

Hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirdə Gəncliyə Yardım Fondu əsgərlərimizin vətənə sevgi, ana torpağa məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə edilməsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif edilib. Fond adından Fəxri Fərman Gəncliyə Yardım Fondunun vitse-prezitendi Salman Əliyevə təqdim edilib.

Tədbir musiqi programı ilə davam edib və sonda xatirə şəkilləri çəkilib.