Sosial Fəaliyyətlər GYF Nümayəndələri Virtual Qarabağ Portalının Təqdimat Mərasimində İştirak Edib

GYF Nümayəndələri Virtual Qarabağ Portalının Təqdimat Mərasimində İştirak Edib

0

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edib. Portalın təqdimat mərasimi “Holiday Inn Baku Hotel”də baş tutub. Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri və mətbuat nümayəndələri, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və fondun mətbuat şöbəsinin müdiri Eldar Kərimov da iştirak edib.

Tədbiri Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, Virtual Qarabağ portalının rəhbəri Nurəddin Mehdiyev açıq elan edərək bütün qonaqları salamlayıb və  “Virtual Qarabağ” saytının  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlandığını qeyd edib. Nurəddin Mehdiyev eyni zamanda müasir texnoloji yeniliklərə nəzərə alınaraq hazırlanan saytı qonaqalara tanıdıb və iş prinsipləri haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Millət vəkili Qənirə Paşayeva gənclərin bu kimi vasitələrdən istifadə edərək Qarabağ həqiqətlərini istifadə etdikləri sosial şəbəkələrdə paylaşmalarının əhəmiyyətindən danışıb və bu işin təbliğində gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev görülən işləri yüksək qiymətləndirib və bu kimi tarixi məlumatları və həqiqətləri beynəlxalaq arenaya çatdırılmasının zəruriliyindən danışıb.

Qeyd edək ki, təqdimat mərasimində Üzeyir Hacibəyovun həyat və yaradıcılığını özündə əks etdirən, Cıdır Düzünün tarixindən danışan və başqa qısa info videolar da təqdim edilib.