Sosial Fəaliyyətlər Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

Sosioloq Əhməd Qəşəmoğlu BİG Akademiyasının Gəncləri İlə ‎Görüşüb

12

17 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının ‎qonağı tanınmış sosioloq Əhməd Qəşəmoğlu olub.

Elmi konfransda Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin koordinatoru Rüfət Şirinov, BİG Akademiyasının koordinatoru Şükür Əndəlifov, Bakı İstedadlı Gənclər Akademiyasının gəncləroi və digər qonaqlar iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov ‎tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.‎

Əhməd Qəşəmoğlu da öz çıxışında Bakı İstedadlı Gənclər ‎Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın ‎fəaliyyətlərini yüksək qiymətləndirib. Tanınmış sosioloq gənclərə “Müasir ‎elmi sistemin uğurları və onun çıxardığı problemlər” haqqında danışıb. ‎Gənclərə elmin yaranma tarixi, müasir elmin gəldiyi səviyyə və elmin ‎inkişafından sonra cəmiyyəti gözləyən problemlər haqqında məlumat verilib. ‎

Seminarın sonunda tələbələr tərəfindən səsləndirilən müxtəlif suallar ‎cavablandırılıb və tələbələrlə birlikdə xatirə şəkli çəkilib. ‎