Sosial Fəaliyyətlər Türkiyəli Elm Adamları “İstedadlı Gənclər” imizlə Görüşdü

Türkiyəli Elm Adamları “İstedadlı Gənclər” imizlə Görüşdü

11

İstedadlı Gənclər Akademiyasının bu həftəki qonaqları Türkyə Cümhuriyyəti Şırnak Universitetinin Dosenti İbrahim Baz  və Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimiləri İbrahim Erol və Abdulrahman Acer olub.

Tədbir iştirakçıları əvvəlcə İrfan Jurnalının baş redaktoru  Nurlan Məmmədzadənin müqəddəs məkanları özündə əks etdirən foto-sərgisi ilə tanış olublar..

Gəncliyə Yardım Fondunun təhsil koordinatoru Rüfət Şirinov akademiyanın gənclərinə qonaqlar haqqında məlumat verib.  

Daha sonra fondun kollektivi və tələbərlə görüşən qonaqlara Gəncliyə Yardım Fondunun fəaliyyətləri və  “İstedadlı Gənclər Akademiyasının”- üzvləri olan tələbələr haqqında geniş məlumat verilib.

Qonaqlar Gəncliyə Yardım Fondunun rəhbərliyinə dəyərli Azərbaycan gəncliyi ilə görüşlərinə şərait yaratdıqlarına görə təşəkkür ediblər. Görüşdə tələbələrlə öz zəngin həyat təcrübələrini və tələbələrə faydalı olacaq biliklərini paylaşıblar. Qonaqlar gənclərə gənclik həyatının əhəmiyyətindən və milli-mənəvi dəyər olan ailə dəyərlərinin modern dünyada üzləşdiyi problemlərdən danışıblar

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim isə öz çıxışında qonaqlara təşəkkür edib və gələcəyimizin təminatçısı olan gənclərimizin vətəninə, millətinə və bayrağına bağlı yetişdirilməsinin əhəmiyyətindən danışıb.  

Tədbirin sonunda tələbələr arasında keçirilən kitab müsabiqəsin qalibləri mükafatlandırılıb və “İstedadlı Gənclər Akademiyası”-nın üzvləri qonaqlara dəyərli fikirləri üçün təşəkkürlərini bildirib. Sonda qonaqlara qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.