Sosial Fəaliyyətlər Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İllik Hesabatı Tədbiri ‎Keçirilib

8

10.12.2018-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin illik hesabat tədbiri keçirilib. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Tədbirdə açılış sözü ilə çıxış edən İctimai Birliyin sədri Şamil Sabiroğlu qonaqları salamlayıb və bir illik fəaliyyətləri haqqında geniş məlumat verib.

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf fondunun sədri Hacı Ədalət Məhərrəmovda təşkilat haqqında danışaraq gördükləri işlərlə yaxından tanış olduğunu deyib.

Məclisdə iştirak edən Təşkilat Rəhbərləri də Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi  haqqında öz fikirlərini səsləndiriblər. İclasda Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev iştirak edərək İctimai Birliyə gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə digər təşkilat nümayəndələri və qonaqlar da ürək sözləri söyləyərək işğal altında olan Qarabağımızın tezliklə işğaldan azad olunmasını və növbəti hesabatların Xocalıda təşkil olunmasını arzulayıblar.