Sosial Fəaliyyətlər BİGA Tələbələri “İslam Bankçılığı və İslami Sığorta” ‎Mövzusunda Seminarda İştirak Edib

BİGA Tələbələri “İslam Bankçılığı və İslami Sığorta” ‎Mövzusunda Seminarda İştirak Edib

3

15 Dekabr 2018-ci il tarixində GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının ‎təşkilatçılğı ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri, UNEC-in “Menecment” kafedrasının müəllimi Ruslan Atakişiyev və Azərbaycan Dövlət İqtisad universitetinin dissertantı, İqtisadi resusrsların öyrənilməsi təşkilatının maliyyə direktoru Radil Fətullayevin Bakı İstedadlı gənclər akademiyasının tələbələri ilə görüşü olub. Görüşdə Gənclərə Yardım Fondunun rəhbər üzvləri, müəllim heyəti və tələbələr iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov ‎tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.‎

Daha sonra Ruslan Atakişiyev və Radil Fətullayev tələbələrimizə “İslam bankçılğı və İslami Sığorta haqqında” ətraflı məlumat veriblər. Bundan əlavə seminar əsnasında məruzəçilər Azərbaycanda və Dünyada İslam Bankçılığının və Siğortanın fəaliyyətləri, Bankçılıqda faiz problemləri, faizin iqtisadi inkişafa zərbəsi, islami qaydalarala insan hüquqlarının qorunması, bançşılqıda edilən risklər və s. kimi mühüm məsələlər haqqında ətraflı məlumat veriblər. Məruzəçilər Qurani-Kərimdə faizli bütün məsələlərin qadağan olunması ilə müasir dövrmüzdəki Bank-faiz problemlərini qarşılaşdırıb.

Görüş əsnasında  tələbələr və seminar iştirakçıları tərəfindən verilən suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Görüşün sonunda Bakı İstedadlı Gənclər Akademiyası tərfindən məruzəçilərə hədiyyələr təqdim olub.