Sosial Fəaliyyətlər GYF-də “Arzuladığımız Gənclik” Adlı Seminar Keçirilib

GYF-də “Arzuladığımız Gənclik” Adlı Seminar Keçirilib

3

Bugün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım ‎Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Bakı şəhər ‎Yunus Emre İnstutunun Direktoru  Dos.Dr. Cihan Özdemirin “Arzulağımız ‎Gənclik” adlı seminarı baş tutub. ‎

Tədbirdə TİKA Bakı koardinatoru Teoman Tiryaki, Gəncliyə Yardım ‎Fondunun Prezidenti Ahmet Tecim, fondun müəllim heyəti və Bakı Gənlik ‎Akademiyasının tələbələri iştirak ediblər.‎

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında məlumat ‎verib.‎

Daha sonra Cihan Özdemir gənclərlə söhbətdə dövrün arzulanılan gənclik ‎modeli haqqında danışıb. Tələbələrə gələcəyin ziyslısı deyən Cihan Özdemir ‎ziyalı olmağın yollarının tarixini, milli mənsubiyyətini, vətəninə qarşı olan ‎məsuliyyətini başa düşməkdən keçdiyini bildirib. Ziyalının yetişməsi üçün ‎birinci növbədə onun zehni funksiyasını inkişaf etdirəcək yolu, yəni kitab ‎oxumağı ziyalının ən asas funkiyası kimi qiymətləndirib. Bununla bərabər ‎ziyalının bir digər əsas funksiyasının gözəl axlaq, qəlb təmizliyi olduğunu ‎söyləyib. Hər bir qəlbin insanın güzgüsü olduğunu söyləyən Cihan Özdemir ‎sonda tələbələrin suallarını cavablandırıb və  xatirə şəkli çəkdirib. ‎