Sosial Fəaliyyətlər GYF-də “Müasir Tələbə Profili” Adlı Seminar Keçirilib‎

GYF-də “Müasir Tələbə Profili” Adlı Seminar Keçirilib‎

3

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım ‎Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Gəncliyə Yardım Fondu təhsil şöbəsinin müdiri Dr. Rüfət Şirinovun “Müasir Tələbə Profili” adlı seminarı baş tutub.

Tədbirdə fondun müəllim heyəti və Bakı Gənlik ‎Akademiyasının tələbələri iştirak ediblər.‎

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür ‎Əndəlifov ‎seminarı açıq elan edərək tələbələrə mühazirəçi haqqında məlumat ‎verib.‎

Seminarda Dr. Rüfət Şirinov gənclərə davamlı yeniliklər haqqında düşünməyin əhəmiyyətindən, oxuduqları ‎sahələrdə özlərini daha mükəmməl yetişdirmələrinin vacibliyindən danışıb. Natiq qeyd edib ki, “hakim ‎millətlərlə məhkum millətlər arasında fərq, bir ovuc yetişmiş insandır” düsturunu hər zaman diqqətdə saxlamalıyıq. Bu baxımdan da milli-mənəvi ‎dəyərlərə bağlı yetişən bir gəncliyin dövlət və millət üçün əhəmiyyətli olduğunu qeyd edib. Seminarda ‎gənc kimdir? necə bir gənc olmalı? Kimləri nümunə götürməli? Kimi bir çox mövzulara yadınlıq gəirilib. ‎Daha sonra Dr. Rüfət Şirinov seminar iştirakçılarının suallarını cavablandırıb.‎

 Sonda Bakı İsdedadlı Gənclər Akademiyasının tələbə gəncləri ilə  xatirə şəkli çəkdirilib.