Sosial Fəaliyyətlər Xocallı Məktəbliləri Təltif Edildi

Xocallı Məktəbliləri Təltif Edildi

7

Gəncliyə Yardım Fondu Goranboy rayonunda yerləşən Xocalı şəhəri 1 saylı tam orta məktəbin, bu ilki qəbul və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş 5 şagirdə təşəkkürnamə və pul mükafatı verib. 14 iyun tarixində məktəbin Son zəng proqramında hədiyyələr təqdim olunub.

Gəncliyə Yardım Fondunun əməkdaşları şagirdləri həm son zəng həm də nailiyyətləri münasibətilə təbrik edib və qısaca fond haqqında məlumat veriblər. Proqram sonrası məzunlarla xatirə şəkli çəkdirilib.