Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti TUİB Başqanı Hüseyin Büyükfıratı Ziyarət Edib

GYF-nin İdarə Heyəti TUİB Başqanı Hüseyin Büyükfıratı Ziyarət Edib

6

GYF-nin İdarə Heyəti “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” TUİB Başqanı Hüseyin Büyükfıratı ictimai birliyin yeni ünvanında ziyarət edin. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hüseyin Büyükfırat Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

Yeni ünvana köçmələri münasibəti ilə TUİB başqanını təbrik edən Ahmet Tecim onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və qeyd edib ki, TUİB  hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynayır və iki qardaş dövlətin gəncləri arasında sıx münasibətlərin formalaşmasında böyük tövhələr verir.

Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.