Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı Ziyarət Edib

GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı Ziyarət Edib

6

Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hüseyin Altınalan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib.

T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşavirliyinin hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını, iki qardaş dövlətin gəncləri arasında sıx münasibətlərin formalaşmasında böyük tövhələr verdiyini bildirən Ahmet Tecim də öz növbəsində T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalan bəyi yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.