Sosial Fəaliyyətlər Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

8

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondunun əmkdaşları və Bakı ‎Gənclik ‎Akademiyasının tələbələri iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.
Gəncliyə ‎Yardım ‎Fondunun təhsil koordinatoru Rüfət Şirinov qonağı salamlayaraq dəvəti qəbul edib gənclərlə görüşə gəldiyi və öz dəyərli məsləhətlərini onlarla bölüşdüyü üçün təşəkkür edib.
Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanov da öz növbəsində sənət və sənətkarlıq, gülüş obyekti olaraq insan, təbəsssümün yaratdığı positiv enerji və digər mövzularda gənclərə bir-birindən maraqlı məlumatlar verib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb.
Sonda isə qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkilib.