Sosial Fəaliyyətlər Uğurlu Gənc Öz Həyat Hekayəsini Gənclərlə Paylaşdı

Uğurlu Gənc Öz Həyat Hekayəsini Gənclərlə Paylaşdı

6

14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu.

“Məcburi köçkün düşərgəsindən dünyaya” başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi.

Sonda gəncləri maraqlandıran sualları cavablandırdı.