Sosial Fəaliyyətlər GYF-də İlin Yekunlarına Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də İlin Yekunlarına Həsr Olunmuş Tədbir Keçirilib

3

Bu gün Gəncliyə Yardım Fondunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə fondun prezidenti Ahmet Tecim çıxış edərək bütün əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, həyata keçirilən layihələrin əhəmiyyətindən və uğurlu nəticələrdən danışıb. Bütün şöbələrin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək layihələrdəki öhdəliklər təqdim edilib. 

İl ərzində işdə uğurlu nəticələrinə görə fərqlənən əməkdaşlar rəhbərlik tərəfindən mükafatlandırılıb. Sonda kollektiv xatirə şəkli çəkilib.