Sosial Fəaliyyətlər Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım GYF-nin Qonağı Olub

Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım GYF-nin Qonağı Olub

6

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım Gəncliyə Yardım Fondunun qonağı olub.

Qonağa fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib.

Fondun əməkdaşları ilə görüşən Sərdar Yıldırım, bütün dünyanın diqqət mərkəzində olan kosmik yeniliklər və bu istiqamətdə aparılan işlər haqqında danışıb. O, eyni zamanda bu istiqamətdə bir çox uğurlara imza atmış və inkişaf etmiş dövlətlərlə rəqabətə girmiş Türkiyənin qardaş Azərbaycan dövləti ilə birlikdə bu sahədə əməkdaşlığa hazır olduğunu da qeyd edib. Qonaq ona ünvanlanan sualları cavablandırıb.

Sonda isə Gənliyə Yardım Fondunun xatirə hədiyyəsi Serdar Yıldırıma ‎təqdim edilib və xatirə şəkli çəkdirilib. ‎