Sosial Fəaliyyətlər 2020-02-22 Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

2020-02-22 Böyük Britaniyada Təhsil Alan Tələbə BİGA Akademiyasının Qonağı Olub

4

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun “Bakı İstedadlı Gənclər Akademiyası” (BİGA) layihəsi çərçivəsində Böyük Britaniyanın Aberdeen Universitetində Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Yusif Nəbiyev gənclərlə görüşüb. ‎

Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondu təhsil şöbəsinin əməkdaşları və Bakı İstedadlı ‎Gənclər ‎Akademiyasının tələbələri iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.

Yusif Nəbiyev gənclərə  “Yarı Ömür (Half-Life)” mövzusunda danışıb və müasir dünyada yenilənən texnologiyaya əsasən köhnələn ixtisas və biliklər haqqında geniş məlumatlar verib. Alınan məlumatın qısa zamanda köhnəlməsi və bir neçə il sonra ümumiyyətlə istifadə olunmaması səbəbilə hər gün öz ixtisası üzrə yeniliklər öyrənməyən şəxsin bir neçə il sonra işsiz qalma ehtimalının yüksək olduğunu qeyd edib. Daha sonra qonaq tələbələrin suallarını ‎cavablandırıb. Sonda isə qonağa xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkli çəkilib.