Sosial Fəaliyyətlər TRT-nin Mütəxəssisi GYF-də Gənclərlə Görüşdü

TRT-nin Mütəxəssisi GYF-də Gənclərlə Görüşdü

3

Fevralın 20-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi –

(TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan “Yeni Media Jurnalistikası” təlimini həyata keçirmək üçün Bakıya gələn TRT-nin sosial media mütəxəssisi Ömər Darbaz Gəncliyə Yardım Fondunda gənclərlə görüşüb və onlara sosial medianın istifadə formaları və yeni medianın özünə xas xüsusiyyətlərindən danışıb.

Tədbirin sonunda qonaq tələbələrin suallarını cavablandırıb və onlara təhsillərində uğurlar arzulayıb.