Sosial Fəaliyyətlər Azərbaycan və Türkiyə Skautları GYF-ni Ziyarət Edib

Azərbaycan və Türkiyə Skautları GYF-ni Ziyarət Edib

5

Xocalı faciəsində şəhid olan həmvətənlərimizin anım mərasimində iştirak etmək və Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlıqlarını gücləndirmək üçün Azərbaycanda səfərdə olan Türkiyə İzcilik Federasiyasının nümayəndələri Gəncliyə Yardım Fondunun qonağı olub.

Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək skautların könüllülük fəaliyyəti əsasında gördükləri işləri yüksək qiymətləndirib və Gəncliyə Yardım Fondunun hər zaman onların üzünə açıq olduğunu qeyd edib. Daha sonra qonaqlara fondun fəaliyyətlərini özündə əsk etdirən video-rolik nümayiş etdirilib.

Tədbirdə çıxış edən Türkiyə İzcilik Federasiyasının başqanı Hasan Dinçer Subaşı artıq on dəfədən artıqdır ki, Azərbaycanda olduğunu bildirib. O qeyd edib ki, bu torpaqlar artıq onun üçün çox doğmadır. Gəncliyə Yardım Fondunun fəaliyyətlərini də yüksək qiymətləndirən natiq böyük qonaqpərvərlik üçün fond rəhbərliyinə öz təşəkkürünü bildirib.    

Azərbaycan Skautlar Assosiasiyasının sədri Emin Babayev isə öz çıxışında skautların fəaliyyəti haqqında qısa məlumat verib və Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkür edib.

Qonaqlar Qardaşlığımız Əbədidir adlı video-roliki izləyib və görüş çay süfrəsi ətrafında davam edib.

Sonda qonqalara xatirə hədiyyəsi təqdim edilib və xatirə şəkilləri çəkilib.