Sosial Fəaliyyətlər GYF-də Qafqaz Regionunda Beynəlxalq Münasibətlər Adlı Konfransı Keçirilib

GYF-də Qafqaz Regionunda Beynəlxalq Münasibətlər Adlı Konfransı Keçirilib

3

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi “Dərin Rusiya” kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun “Qafqaz Regionunda Beynəlxalq Münasibətlər” adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun əməkdaşları və müxtəlif universitetlərin tələbələri iştirak edib.

 Dr. Telman Nüsrətoğlu Rusiyanın tarixindən və günümüzdə baş verən siyasi proseslər haqqında çıxış edib. İştirakçıların sualları cavablandırılaraq konfransa yekun vurulub.