Sosial Fəaliyyətlər Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

Online Kitab Müsabiqəsinin Qalibləri Mükafatlandırdı

6

Gəncliyə Yardım Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Ofisi və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə usaqkitabi.az saytının həyata keçirdiyi “Kitabın işığın olsun” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi. Karantin qaydalarına uyğun olaraq müsabiqənin qalibləri tək-tək Gəncliyə Yardım Fondunun ofisinə dəvət edilərək mükafatları təqdim edilidi. Xatırladaq ki, usaqkitabi.az saytı layihədə iştirak edən bütün uşaqları sertifikat və bir sıra hədiyyələrlə sevindirəcəkdir. Respublikanın müxtəlif bölgələrindən müsabiqədə iştirak edən uşaqlara hədiyyələri əməkdaşlarımız tərəfindən birbaşa şəxsi ünvanlarında veriləcəkdir.

Qeyd edək ki, usaqkitabi.az saytı 21 yanvar-15 fevral tarixləri arasında “Kitabın işığın olsun” adlı kitab müsabiqəsi keçirmişdir. Müsabiqədə 300-ə yaxın uşaq iştirak etmişdir.  Bunlardan 124 iştriakçının videoları qeydə alınmış daha sonra isə həmin iştirakçılar münsiflər tərəfindən tam şəffaf şəkildə dəyərləndirilmişdir. Müsabiqədə I, II, III yerlərlə yanaşı, iştirakçılardan 8-i münsiflər tərəfindən fəqləndirilmişdir. Həmçinin 9 nəfər də sosial şəbəkələrdə aktivliyinə görə fərqlənmiş və mükafatla layiq görülmüşdür.