Sosial Fəaliyyətlər “20 Yanvar – Hüzn Və Milli Qürur Günümüz” Adlı Onlayn Konfrans Keçirilib

“20 Yanvar – Hüzn Və Milli Qürur Günümüz” Adlı Onlayn Konfrans Keçirilib

9

Hüzn və Milli Qürur Günümüz

Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – Hüzn və Milli Qürur Günümüz” adlı onlayn konfrans keçirilib.

Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları və əlaqədar təşkilatların rəhbərləri iştirak edib. Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş vebinar vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir anlıq sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xəzər universitetinin müəllimi, Tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu tədbir iştirakçılarına 20 Yanvar hadisələri zamanı tarixi həqiqətlər və bugünkü qazanılan zəfər yolu haqqında danışıb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.

Qeyd edək ki, hər il Gəncliyə Yardım Fondu əvvəlcədən “20 Yanvar” İctimai Birliyi tərəfindən təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayır.