Sosial Fəaliyyətlər GYF Oxunan Hər Kitab Nurlu Sabahdır Adlı Kitab Aksiyasına Qoşulub

GYF Oxunan Hər Kitab Nurlu Sabahdır Adlı Kitab Aksiyasına Qoşulub

4

Gəncliyə Yardım Fondunun kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab aksiyasına qoşulub. Aksiya çərçivəsində Fond 15 adda 205 ədəd bir-birindən maraqlı uşaq kitablarını Firudinbəy Köçərli Adına Respublika Uşqa Kitabxanasına təqdim edib.

Qeyd edək ki, Firudinbəy Köçərli Adına Respublika Uşqa Kitabxanası tərəfindən toplanan kitablar müharibədən zərər görmüş rayonlarımızdakı kitabxanalara təqdim ediləcək və həmin bölgələrdə yaşayan uşaqların istifadəsinə veriləcəkdir.