Sosial Fəaliyyətlər GYF-də Xocalı Bu Gün Adlı Vebinar Keçirilib

GYF-də Xocalı Bu Gün Adlı Vebinar Keçirilib

57

Gəncliyə Yardım Fondunun təşkilatçılğı ilə Xocalı qurbanlarının yad edilməsi və erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə “Xocalı Bu Gün” adlı vebinar keçirilib.

Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilərək başlayıb.

Daha sonra tarixçi Dr. Nizami Əfəndiyev vebinarı açıq elan edərək Xocalı faciəsinin tarixi haqqında qısa məlumat verib. 

Vebinarda Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Xocalı sakini Anar İbrahimov ermənilərin bəşəriyyətə qarşı törətmiş olduğu ən ağır cinayətlərdən biri olan Xocalı faciəsindən danışıb və gənclərə öz tarixlərini yaxşı öyərnərək bu gündən sonrakı mərhələdə informasiya müharibəsində öz aktivliklərini göstərməyə çağırıb. Natiq eyni zamanda Vətən müharibəsindəki qalibiyyətlə bütün şəhidlərimizin qisasının alındığını və bu münasibətlə Ali Başkomandana və mübariz Azərbaycan əsgərlərinə öz təşəkkürünü bildirib.