Sosial Fəaliyyətlər GYF-də Şəhid Ailələri İlə İşləyən Qadınlarla Görüş Keçirildi

GYF-də Şəhid Ailələri İlə İşləyən Qadınlarla Görüş Keçirildi

1

Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə  şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü münasibəti ilə təşkil olunmuş görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli iştirak edərək Azərbaycan qadınlarının qeyrət və mətanətindən danışıb və qadınlarımızın 44 günlük Vətən Müharibəsindəki rolunu yüksək qiymətləndirib. 

 Qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən hədiyyələr təqdim edilib. Sonda xatirə şəkilləri çəkilib.